-
Önə Çıxanlar Siyasət İqtisadiyyat İdman Texnologiya Dünya Mədəniyyət Sağlıq Yemək

Livan və İsrail 10 Günlük Atəşkəs Üçün Razılığa Gəliblər

+04


Livan və İsrail 10 Günlük Atəşkəs Üçün Razılığa Gəliblər
SCOOP News

Livan ilə İsrail 10 günlük atəşkəs barədə razılıq əldə ediblər. Bu barədə açıqlama ABŞ Prezidenti Donald Trampdan gəlib. Tramp Livan Prezidenti Cozeph Avn və İsrail Baş naziri Binyamin Netanyahu ilə ayrı-ayrılıqda telefonla danışdığını və bu söhbətlərdən sonra atəşkəs üçün lazımi şəraitin yarandığını bildirib.

ABŞ Prezidenti qeyd edib: "Bu iki lider ölkələri arasında sülhü təmin etmək məqsədilə saat 17.00-da (Bakı vaxtı ilə 01.00) 10 günlük atəşkəsi rəsmən başlatmaq barədə razılığa gəliblər."

Hər iki lideri yaxın zamanda Ağ Evə dəvət edəcəyini deyən Tramp, bu həftə Vaşinqtonda iki ölkə nümayəndələri arasında aparılan danışıqların çox məhsuldar keçdiyini vurğulayıb. Tramp həmçinin bu sözləri əlavə edib: "Dünya miqyasında 9 müharibəni həll etmək mənim üçün şərəf idi və bu, mənim həll etdiyim 10-cu müharibə olacaq."

İsrailin "Haaretz" qəzeti İsrail ordusunun bu axşam saat 19:00-dan sonra Livanda qüvvəyə minəcək atəşkəs üçün hazırlıq gördüyünü iddia etmişdi. Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə başlayan görüşlərdə tərəflər qarşılıqlı razılaşdırılan vaxtda və məkanda birbaşa danışıqlara başlamaq qərarı almışdılar.