-
Önə Çıxanlar Siyasət İqtisadiyyat İdman Texnologiya Dünya Mədəniyyət Sağlıq Yemək

Ayaqqabı nəhəngi sektorunu dəyişdi: Allbirds səhmlərini 800 faiz yüksəldən qərar

+04


Ayaqqabı nəhəngi sektorunu dəyişdi: Allbirds səhmlərini 800 faiz yüksəldən qərar
SCOOP News

 

 

Minimalist ayaqqabıları ilə tanınan Allbirds, ayaqqabı bölməsini sataraq "NewBird AI" adı altında süni intellekt və bulud texnologiyaları şirkətinə çevriləcəyini açıqlayıb. 50 milyon dollarlıq yeni investisiya alan şirkətin səhmləri birjada 800% dəyər qazanıb.

Bir dövrün məşhur minimalist ayaqqabı brendi Allbirds, biznes modelində köklü dəyişiklik edərək süni intellekt sahəsinə yönəldiyini elan edib. Şirkət brendini və ayaqqabı biznesini sataraq, "NewBird AI" adı ilə fəaliyyət göstərəcək süni intellekt və bulud xidmətləri şirkətinə çevriləcək.

50 milyon dollarlıq investisiya

"Forbes"un xəbərinə görə, çərşənbə günü yayımlanan press-relizdə şirkətin adı açıqlanmayan korporativ investordan 50 milyon dollar investisiya aldığı bildirilir. Bu vəsaitin Allbirds-ün "süni intellekt hesablama infrastrukturu" sahəsində fəaliyyət göstərməsi üçün istifadə ediləcəyi qeyd olunub. Razılaşmanın 2026-cı ilin ikinci rübündə tamamlanması gözlənilir.

Ayaqqabı biznesi satıldı

Transformasiya prosesinin bir hissəsi olaraq şirkət, ayaqqabı biznesinin tamamını brend idarəetmə şirkəti olan American Exchange Group-a satıb. Mart ayında açıqlanan bu satışın dəyərinin 39 milyon dollar olduğu bildirilib. Şirkət ayaqqabı brendinin və irsinin Aerosoles və Ed Hardy kimi markaların da daxil olduğu American Exchange Group tərkibində davam edəcəyini vurğulayıb.

Səhmlər 800 faiz yüksəldi

Açıqlamadan sonra Allbirds səhmləri kəskin şəkildə bahalaşıb. Birjalar açıldıqdan sonra 800%-dən çox artım göstərən səhmlər, ABŞ-ın Şərq vaxtı ilə saat 11:45 radələrində təxminən 20 dollar səviyyəsində ticarət olunub. Bu, ümumilikdə 700%-dən çox artım deməkdir.

Bir vaxtlar 4 milyard dollar dəyərində idi

Allbirds 2021-ci ilin noyabrında həyata keçirdiyi kütləvi satışı (İPO) nəticəsində 4 milyard dollardan çox bazar dəyərinə çatmışdı. Şirkət həmin prosesdə 300 milyon dollardan çox vəsait toplamışdı. Lakin İPO-dan sonra səhmlərin qiyməti sürətlə düşməyə başlamış və bu son açıqlamadan əvvəl hər səhm üçün 2,49 dollar səviyyəsinə qədər geriləmişdi.

Texnologiya trendinə yönələn ilk şirkət deyil...

Allbirds əsas fəaliyyət sahəsini tərk edərək texnologiya trendlərinə üz tutan ilk şirkət deyil. 2017-ci ildə Long Island Iced Tea Company də bənzər bir addım ataraq blokçeyn (blockchain) şirkətinə çevriləcəyini elan etmişdi. Həmin vaxt şirkətin səhmləri qısa müddətdə yüksəlsə də, uzunmüddətli uğur qazanıla bilmədi. Şirkət 2021-ci ildə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən birjadan çıxarıldı. Komissiya şirkətin "blokçeyn biznesinin heç vaxt fəaliyyətə başlamadığını" qeyd etmişdi.