-
Önə Çıxanlar Siyasət İqtisadiyyat İdman Texnologiya Dünya Mədəniyyət Sağlıq Yemək

İran qarışır: Xamenei iqtisadi böhranda "düşmən əli" axtarır

+04


İran qarışır: Xamenei iqtisadi böhranda "düşmən əli" axtarır
SCOOP News

İrandakı etirazların yeddinci günündə ölkənin ali dini lideri Əli Xamenei çıxış edib. O, çıxışında etirazçıları qiyamçı adlandırıb və onların yerinə otuzdurulması gərəkdiyini deyib. 

Yanvarın 3-də ABŞ-in 2019-cu ildə öldürdüyü SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin ailəsi ilə görüşən Xamenei etirazlara səbəb olan dolların bahalaşmasını düşmənin işi adlandırıb. O, etirazları alovlandıran düşmən muzdlularının bazarların ardında olduğunu və antiislam, antiiran şüarları səsləndirdiyini bildirib. 

Xamenei hökumətin etirazçılarla danışmalı olduğunu desə də iğtişaş törədənlərlə danışmağın mənası olmadığını söyləyib. 

Xameneinin çıxışı ABŞ Prezidenti Donald Trampın yanvarın 2-də İrandakı etirazçılara yardım edə biləcəklərinə dair bəyanatından sonraya təsadüf edib. Həmin bəyanatında Tramp İran hökumətini etirazçılara atəş açmamağa çağırmışdı. 

İranda etirazlar 7 gündür davam edir. Etirazlara səbəb dolların kəskin bahalaşması olub. Hazırda çətin iqtisadi vəziyyətdə olan İran üçün bu bahalaşma həyat şərtlərini də çətinləşdirib.  

Etirazlar ölkənin 30-dan çox şəhərini əhatə edib. Aksiyalar zamanı etirazçılara atəş açılması halları qeydə alınıb.