ABŞ Prezidenti Tramp, İranın nüvə obyektlərini “sığınacaq qıranı” kimi tanınan B-2 “stealth” bombardmançı təyyarələri ilə vurduğunu açıqladı. Tramp “Fordo artıq yoxdur” dedi. İran-İsrail münaqişəsinə ABŞ-ın da nüvə obyektlərini vuraraq qoşulması ilə baş verən hadisələri canlı yayım axınında sizə çatdırırıq.
İsrail-İran müharibəsi 10-cu günündə qarşılıqlı hücumlarla davam etdiyi bir vaxtda, ABŞ ilk dəfə müharibəyə faktiki olaraq qoşuldu. ABŞ qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərini vurdu.
Hücum barədə şəxsən ABŞ Prezidenti Donald Tramp məlumat verdi. Sosial media hesabında paylaşım edən Tramp belə yazdı: “Bütün təyyarələrimiz hazırda İran hava məkanının xaricindədir. Fordo obyektinə bombardman həyata keçirdik. Təyyarələrimiz bazalarına qayıdır.”
Tramp: Fordo artıq yoxdur
“Fordo artıq yoxdur” deyən Tramp əlavə etdi: “ABŞ-ın İrana qarşı hücumu – ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran bu müharibəyə indi son verməlidir.” Tramp həmçinin “Fordo nüvə obyektinə tam güclü bomba atdıq” ifadəsini işlətdi. Hücumda iştirak edən pilotları təbrik edən və dünyada bu əməliyyatı başqa heç bir ordunun həyata keçirə bilməyəcəyini iddia edən Tramp açıqlamasını “İndi sülh vaxtıdır” sözləri ilə tamamladı.
ABŞ Prezidenti İrana qarşı hücumla bağlı Ağ Evdə xalqa müraciət edəcəyini də açıqladı.
President Trump stated that U.S. strikes targeted Iranian nuclear facilities at Fordow, Natanz and Isfahan.
Saldırıda İranın yeraltında yerləşən Fordo nüvə obyektini məhv edə bilən yeganə silahı daşıyan ABŞ-ın B-2 “stealth” bombardmançı təyyarələrinin istifadə edildiyi bildirilib.
Bu təyyarələr “sığınacaq qıranı” adı ilə tanınır.
Digər tərəfdən, İsrail dövlət televiziyası Kan-da yayımlanan xəbərdə, ABŞ-ın hücumlar zamanı İsrail rəhbərliyi ilə tam koordinasiya içində olduğu vurğulanıb.
Mənbə:Gazeteoksijen.com