ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüşdən sonra dünən də Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir görüş keçirib. Görüşdən sonra açıqlama verən ABŞ Prezidenti, Kiyevə “Patriot” raketlərinin tədarükü ilə bağlı olaraq “Onlar üçün müdafiə məqsədilə lazım olacaq” deyə bildirib.
Tramp, Zelenski ilə keçirdiyi görüşdən sonra Ukraynanın müdafiəsi üçün “Patriot” raketlərinə ehtiyac duyulacağını söyləyib və Rusiya Prezidenti Vladimir Putinin münaqişələri sona çatdırmaqda uğursuz olmasından məyusluğunu ifadə edib.
Tramp, “Air Force One” təyyarəsində jurnalistlərə verdiyi açıqlamada, Zelenski ilə yaxşı bir görüş keçirdiyini qeyd edib. O, bir gün əvvəl Putinlə keçirdiyi görüşdən “çox narazı qaldığını” yenidən vurğulayıb və rus liderin atəşkəs üçün çalışmaqdan imtina etməsinə görə narahat olduğunu bildirib.